Azərbaycanda maliyyə bazarı ilə bağlı kifayət qədər alət olsa da, onlar normal tətbiq olunmur.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əlibala Məhərrəmzadə bildirib.
"Məsələn, bu gün bir sıra müəssələri səhmləşdirə bilsək, həmin səhmləri "Bakı Fond Birjası" QSC-də yerləşdirsək, kifayət qədər böyük bir maliyyə dəyəri əldə edə bilərik", - deyə o qeyd edib.