IMG-LOGO

Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 32 %-ə yaxın artıb

22 Apr 2026 14:29 3 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 133,7 milyon manat olub.

"Report" yerli bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,7 % çoxdur.

İndiyə qədər bölgədə 3 285 ədəd yeni nəsil NKA quraşdırılıb.

Xatırladaq ki, 3 ayda Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 7 milyard 49,5 milyon manat olub.

Bu, 1 il əvvələ nisbətən 14,8 % çoxdur.

İndiyə qədər Azərbaycan ərazisində 112 219 ədəd yeni nəsil NKA quraşdırılıb.

Xəbər lenti