IMG-LOGO

Rinkeviçs: Riqa və Bakı strateji tərəfdaşlığın inkişafını davam etdirəcək

22 Apr 2026 14:26 3 baxış
IMG

Latviya Azərbaycanla sıx siyasi və iqtisadi əlaqələrin inkişafını davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs "X" hesabında yazıb.

"Azərbaycan Prezidenti İlham Əliyevlə çox səmimi və məzmunlu danışıqlar apardıq. İkitərəfli münasibətləri, regional təhlükəsizlik və energetika məsələlərini müzakirə etdik. Strateji tərəfdaşlar olaraq biz sıx siyasi və iqtisadi əlaqələri inkişaf etdirməyə davam edəcəyik. Səmimi qəbula görə təşəkkür edirəm, cənab Prezident", - Rinkeviçs yazıb.

Xəbər lenti