IMG-LOGO

Mikroneziya və Marşal adaları Bakı Mərkəzi ilə əməkdaşlıq üçün müraciət ediblər

22 Apr 2026 15:44 5 baxış
IMG

Mikroneziya və Marşal Adaları Bakı Mərkəzi ilə əməkdaşlıq etmək məqsədilə Azərbaycana müraciət ünvanlayıblar.

"Report" xəbər verir ki, bu barədə bu gün Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə sülh və iqlim dayanıqlılığı mövzusunda keçirilən yüksəksəviyyəli tədbirdə elan edilib.

Qeyd olunub ki, COP29-un vacib təşəbbüslərindən olan Bakı Mərkəzi platforması çərçivəsində irəli sürülən və sülhə töhfə verən uğurlu iqlim təşəbbüsləri iqlim risklərinə həssas ölkələr üçün beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və dayanıqlı maliyyələşmə mexanizmlərinin səfərbər olunması baxımından əhəmiyyətli imkanlar yaradır.

Bu çərçivədə Mikroneziya və Marşal Adalarının nümayəndələri Bakı Mərkəzi ilə əməkdaşlıq etmək məqsədilə müraciət ünvanlayıblar.

Xəbər lenti