IMG-LOGO

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

22 Apr 2026 16:43 5 baxış
IMG

Almaniyanın "Fortuna" (Düsseldorf) klubu 28 futbolçusu ilə yollarını ayıra bilər.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, komanda III Bundesliqaya düşsə, həmin oyunçular azad agent kimi Düsseldorf təmsilçisi ilə vidalaşacaq.

Klub mövsümə Bundesliqaya yüksəlmək ümidi ilə start versə də, nəticələr istənilən kimi olmayıb.

Hazırda yalnız 7 peşəkar oyunçunun (icarəyə götürülənlər də daxil olmaqla) üçüncü divizionda oynamaq üçün etibarlı müqavilələri var. Qalan 28 futbolçunun azad agent kimi klubu tərk etmək hüququ olacaq.

Bundan əlavə, "Fortuna"nın baha qiymətə aldığı bəzi futbolçular aşağı dəstədə maliyyə yükünə çevrilə bilər.

Xatırladaq ki, "Fortuna" cari mövsümün sonuna dörd tur qalmış II Bundesliqada 18 komandanın sıralamasında 31 xalla 17-cidir.

Xəbər lenti