Livan Vaşinqtonda aparılacaq danışıqlarda İsraillə atəşkəsin daha bir ay müddətinə uzadılmasına nail olmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Ynet" AFP-yə istinadən bildirib.
Tərəflər arasında danışıqlar sabah bərpa olunmalıdır. Mənbələrin məlumatına görə, Beyrut atəşkəs rejiminin ən azı bir ay müddətinə uzadılmasını təsbit etməyə ümid edir.
Livan prezidenti Cozef Aun bu məsələ ilə bağlı müzakirələrin aparıldığını təsdiqləyib.
Onun sözlərinə görə, danışıqların məqsədi atəşkəs rejimini təmin etmək, İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasına nail olmaq, livanlı məhbusları geri qaytarmaq, milli ordunu sərhəddə yerləşdirmək və dağıdılmış infrastrukturun bərpasına başlamaqdır.