IMG-LOGO

"Sabah" Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinə qələbə ilə başlayıb

22 Apr 2026 20:54 6 baxış
IMG

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə "Gəncə" ilə qarşılaşan "Sabah" qələbə qazanıb.

Bakı İdman Sarayında baş tutan matç "bayquşlar"ın 96:67 hesablı üstünlüyü ilə bitib.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşündə sabah "Abşeron Lions" və "Neftçi" komandaları münasibətləri aydınlaşdıracaqlar. İki qələbəyə çatan tərəf finala yüksələcək.

Xəbər lenti