IMG-LOGO

Qalibaf ABŞ ilə atəşkəs şərtlərini açıqlayıb

22 Apr 2026 22:04 5 baxış
IMG

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ ilə atəşkəs razılaşmasının şərtlərini açıqlayıb.

"Report" xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Tam atəşkəs yalnız o halda məna kəsb edir ki, razılaşma dəniz blokadası və dünya iqtisadiyyatının ələ keçirilməsi ilə pozulmasın və İsrailin müharibəni qızışdırması dayandırılsın", - Qalibaf bildirib. O, əlavə edib ki, atəşkəsin kobud şəkildə pozulması ilə Hörmüz boğazının açılması qeyri-mümkündür:

"Onlar hərbi müdaxilə ilə öz məqsədlərinə çatmadılar. Yeganə yol İran xalqının hüquqlarının tanınmasıdır.

Xəbər lenti