Son iyirmi il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya qoyulub.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda deyib.
"Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır", - İlham Əliyev bildirib və əlavə edib ki, investisiya üçün əlverişli mühitin yaradılması qarşıda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub.