IMG-LOGO

Qriqoryan: Bakı ilə sülh İrəvanın xarici çağırışlara qarşı durma qabiliyyətini artırıb

22 Apr 2026 22:46 6 baxış
IMG

2025-ci ildə Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanması İrəvanın regiondakı münaqişələr kimi çağırışlara və mənfi nəticələrə qarşı durma qabiliyyətini artırıb.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu həmin ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin Cənubi Qafqaza mənfi təsiri fonunda qəti sülhün bərqərar olması üzərində fəal işləyir.

"İrəvan Bakı ilə sülh sazişinin imzalanmasına yaxınlaşıb. Azərbaycanla imzalanan Vaşinqton sülh Bəyannaməsi regionumuza real sülh gətirdi. Bu, həm də bizə mənfi təsir göstərən regional münaqişələrin yaratdığı çətinliklərlə üzləşmək imkanlarımızı artırdı", - A.Qriqoryan bildirib.

O, həmçinin Ermənistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın Hörmüz boğazının bağlanması səbəbindən dünyada neftin qiymətinin artmasına baxmayaraq, ölkənin enerji bazarındakı vəziyyəti sabitləşdirməyə imkan verdiyini vurğulayıb.

Xəbər lenti