IMG-LOGO

ABŞ-də zavodda zəhərli maddə sızması baş verib, ölən və zərərçəkənlər var

23 Apr 2026 04:52 3 baxış
IMG

ABŞ-nin Qərbi Virciniya ştatındakı "Catalyst Refiners" müəssisəsində kimyəvi maddə sızması nəticəsində iki nəfər ölüb, təxminən 30 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" (AP) yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Qərbi Virciniyadakı gümüş emalı müəssisəsində kimyəvi maddə sızması nəticəsində iki nəfər ölüb, təxminən 30 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır", - nəşr qeyd edib.

Müəssisədə azot turşusu və digər komponenti əhatə edən qazların iştirakı ilə kimyəvi reaksiya baş verib. İlkin məlumata görə, hadisə təmizləmə proseduru zamanı baş verib və zəhərli hidrogen sulfidin ayrılmasına səbəb olub.

Zərərçəkənlərdə müxtəlif zəhərlənmə əlamətləri müşahidə olunur.

Əməyin Mühafizəsi Federal İdarəsi hadisə ilə bağlı araşdırmaya başlayıb.

Xəbər lenti