IMG-LOGO

BMT: Suriya uğurlu bərpa nümunəsi ola bilər

23 Apr 2026 05:26 7 baxış
IMG

Suriya lazımi beynəlxalq dəstəklə qlobal miqyasda uğurlu bərpa nümunəsi ola bilər.

"Report"un məlumatına görə, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyətlə bağlı çıxışında bildirib.

Onun sözlərinə görə, ölkənin üzləşdiyi üç əsas təhlükə regional münaqişənin yayılma riski, əhalinin böyük humanitar ehtiyacları və yardım üçün vəsait çatışmazlığından ibarətdir.

"Dünya birliyinin bu gün uğur hekayəsinə böyük ehtiyacı var. Suriya da buna çevrilə bilər - amma yalnız BMT Təhlükəsizlik Şurası ardıcıl diplomatik əlaqələr, sürətli humanitar dəstək və ölkənin gələcəyinə uzunmüddətli investisiyalar vasitəsilə qeyd etdiyim üç riskin aradan qaldırılmasına kömək edərsə", - Fletçer bildirib.

O, davamlı gərginlik ocaqlarının aradan qaldırılması və insanların həm ölkə daxilində, həm də xaricdən evlərinə təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmasını təmin etmək üçün diplomatik səylərin davam olunmasına çağırıb.

Xəbər lenti