IMG-LOGO

Rusiyanın Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, yaralılar var

23 Apr 2026 08:40 6 baxış
IMG

Rusiya pilotsuz təyyarələrinin Ukraynanın Dnepr şəhərinə kütləvi hücumu nəticəsində iki nəfər ölüb, daha səkkiz insan yaralanıb.

"Report"un xəbərinə görə, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja özünün teleqram kanalında məlumat verib.

O qeyd edib ki, yaralananlar arasında azı iki uşaq var.

"Rusiyanın Dnepr şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Bir nəfər hələ də əlaqəyə çıxmayıb", - rəsmi qeyd edib.

Onun sözlərinə görə, gecə ərzində vilayət səmasında Rusiyanın 40 PUA-sı məhv edilib.

Xəbər lenti