ABŞ-nin Corciya ştatında genişmiqyaslı meşə yanğınları nəticəsində 50-dən çox yaşayış evi məhv olub, alov sürətlə yayılmağa davam edir.
"Report" "NBC News"a istinadən xəbər verir ki, ən çətin vəziyyət Brentli qraflığında müşahidə olunur, burada quru və isti hava şəraiti səbəbindən alov sürətlə yeni əraziləri əhatə edir.
Təxminən 1 min yaşayış evi və digər tikililər məhv olma təhlükəsi altındadır, yerli sakinlərin təcili evakuasiyası həyata keçirilir.
Bundan əlavə, qonşu Florida ştatının şimal hissəsində də yanğın ocaqları qeydə alınıb, burada da əhalinin evakuasiyasına başlanılıb.
Yanğınların yaranma səbəbləri hazırda araşdırılır.