IMG-LOGO

"Mançester Yunayted" 16 yaşlı futbolçu üçün 40 milyon ödəməyə hazırdır

23 Apr 2026 09:58 6 baxış
IMG
41 0

"Mançester Yunayted" "Palmeyras"dan braziliyalı cinah yarımmüdafiəçisi Eduardo Konseysaonu almaqda maraqlıdır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, İngiltərə klubu yaxın günlərdə təklif verəcək. "Palmeyras" Konseysoo ilə 50 milyon avro müqabilində ayrılmağa hazırdır.

16 yaşlı futbolçu ilə İspaniya çempionu "Barselona", İngiltərə çempionu "Liverpul", Fransa çempionu PSJ, İngiltərə vitse-çempionu "Arsenal", "Çelsi" və "Mançester Siti" kimi klublar da maraqlanır.

Konseysao yalnız 2027-ci ilin dekabrında, 18 yaşı tamam olduqda "Palmeyras"dan ayrıla biləcək. Onun sərbəst qalma məbləği 100 milyon avrodur.  

İdman xəbərləri

Xəbər lenti