"İnter"in və Serbiya millisinin sabiq futbolçusu, hazırda ölkəsində "Srvena Zvezda" klubunun baş məşqçi vəzifəsində çalışan Deyan Stankoviç İtaliyada böyük qalmaqalla üzləşib.
"Report" "il Giornale"yə istinadən xəbər verir ki, mütəxəssisin adına qeydiyyatda olan nömrədən şənliklərdə qanunsuz xidmətlərin təşkilində şübhəli bilinən bir şirkətə dəfələrlə telefon zəngi edilib.
Qalmaqalda İtaliyanın "Torino" klubunun müdafiəçisi Markus Pedersen, "Sassuolo"nun yarımmüdafiəçisi Kristian Volpato ilə yanaşı, "İnter" və "Milan"ın bəzi üzvlərinin, həmçinin A Seriyasında çıxış edən təxminən 50-yə yaxın oyunçunun adları hallanır.
Qanunsuz tədbirlərin İtaliya ilə yanaşı, Yunanıstanın Mikonos adasındakı lüks otellərdə və gecə klublarında təşkil olunduğu bildirilib.
Milan prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb.