IMG-LOGO

Səfərbərlik xidmətinin rayon şöbələrində ƏMƏLİYYAT: saxlanılanlar var

23 Apr 2026 15:23 7 baxış
IMG
0 0

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı, Cəbrayıl və Qaradağ rayon Şöbələrində əməliyyat keçirilib.

Lent.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb.

Onlar rüşvət almaqda ittiham olunur.

Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin digər rayonlarında əməliyyat keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər. 

Bildirilib ki, bu barədə əlavə məlumat veriləcək. 

Hadisələr

Xəbər lenti