Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 23,1 %-i "AAA" reytinqli olub.
Bu barədə "Report" Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il aprelin 1-nə nisbətən 23,4 faiz bəndi azdır.
Əvəzində portfeldə "AA" reytinqli alətlərin xüsusi çəkisi 23,4 %-dən 37,9 %-ə, "A" reytinqli alətlərin xüsusi çəkisi 17,3 %-dən 25,9 %-ə çatıb, "BBB" reytinqli alətlərin xüsusi çəkisi 12,4 %-dən 12,2 %-ə düşüb, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə 0,4 %-dən 0,8 %-ə yüksəlib.