IMG-LOGO

Bahar Muradova: "WUF13 Azərbaycan üçün yeni mərhələdir"

23 Apr 2026 15:44 6 baxış
IMG

Bakının ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) Azərbaycan üçün yeni mərhələdir.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitənin təşkilatçılığı ilə Bakıda keçirilən "Qadın iştirakçılarının təbliği" konfransında bildirib.

"WUF13 strateji əhəmiyyət daşıyır. Son illərin ictimai-siyasi və postmünaqişə reallıqları fonunda şəhərsalma artıq yalnız infrastruktur məsələsi deyil. Bu zaman şəhərsalma ilk növbədə milli inkişaf, əhalinin və insanların maraqlarının nəzərə alınması, onlara qarşı sosial ədalətin və təhlükəsizliyin təmin olunması məsələsi kimi ortaya çıxır", - o vurğulayıb.

B.Muradova işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma işlərinin xüsusi keyfiyyət standartları ilə aparıldığını qeyd edib: "Azad olunmuş ərazilərdə "ağıllı şəhər və kənd" konsepsiyaları əsasında Azərbaycan standartları formalaşdırılır. Bu müasir idarəetmə modelləri ölkəmizin şəhərsalma sahəsində yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunun və dünyaya nümunə yaratdığının göstəricisidir".

Xəbər lenti