Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 33,1 % təşkil edib.
Bu barədə "Report" Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 9,5 faiz bəndi azdır.
Hesabat dövründə Fondun investisiya portfelində səhmlərin payı isə dəyişməyərək 24,8 % qalıb.
Əvəzində portfeldə qızılın payı 25,8 %-dən 35,6 %-ə çatıb, daşınmaz əmlakın payı isə 6,8 %-dan 6,5 %-ə düşüb.