IMG-LOGO

Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi həyatında qadınların payı açıqlanıb

23 Apr 2026 17:40 4 baxış
IMG

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma tədbirləri nəticəsində qadın məşğulluğunun təmin edilməsi istiqamətində əhəmiyyətli irəliləyişlər qeydə alınıb.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri Qədir Babayev Bakıda keçirilən "Qadın iştirakçılarının təbliği" konfransında bildirib.

Onun sözlərinə görə mövcud statistik məlumatların ümumi təhlili göstərir ki, təhsil sektoru üzrə qadınların payı 80 %-dən çoxdur: "Ali təhsil müəssisələrində bu göstərici 60 %-ə çatır. Məktəbəqədər təhsil müəssisələrində qadınların payı faktiki olaraq 100 %-ə yaxındır. Səhiyyə sektorunda qadınların təmsilçiliyi orta hesabla 70 %-dir. Region üzrə xəstəxana və tibb müəssisələrində ümumilikdə 350-400 qadın tibb işçisi fəaliyyət göstərir. Dövlət qulluğu və xidmət sahələrində qadınların payı təxminən 30-40 % intervalındadır. Müxtəlif dövlət xidmət mərkəzlərində və yerli icra hakimiyyəti orqanlarında 150-200 nəfər qadın əməkdaş çalışır".

Xəbər lenti