IMG-LOGO

May ayına bir neçə gün qalmış... Bir metr qar yağdı

23 Apr 2026 19:20 9 baxış
IMG
0 0

Bursada yağan qar Uludağ dağını yenidən ağ örpəyə bürüyüb. 

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, aprelin 23-də bölgədə qarın qalınlığı 1 metrə çatıb.

Xizək mövsümünün başa çatmasına baxmayaraq, yağan qar xüsusilə ziyarətçilərin axınına səbəb olub. Bəzi xizək mərkəzlərinin yenidən fəaliyyətlərini davam etdirdiyi müşahidə edilib.

Meteoroloji məlumatlara görə, bölgədə havanın temperaturu gündüz müsbət 4, axşam isə mənfi 1 dərəcə qeydə alınıb. Mütəxəssislər soyuq havanın may ayında da təsirini davam etdirə biləcəyini və yüksək ərazilərdə zaman-zaman qar yağışının müşahidə olunacağını bildiriblər.

Sevda Rumi

Qar Bursa Uludağ bir metr hündürlükdə qar

Xəbər lenti