Banqladeşdə ötən ay başlamış qızılca epidemiyası səbəbindən 194 uşaq ölüb.
"Report" xəbər verir ki, bu barədə "Dawn" məlumat yayıb.
İlkin məlumatlara görə, uşaqlar arasında xəstəliyə yoluxma hallarının sayı 28 mini ötüb.
Qeyd olunub ki, son bir həftə ərzində hər gün 3-5 uşaq ölüb. Çərşənbə günü beş, cümə axşamı isə daha beş ölüm halı qeydə alınıb.
Hakimiyyət orqanları bildiriblər ki, epidemiyanın başladığı vaxtdan - martın 15-dən genişmiqyaslı peyvəndləmə kampaniyasına başlanılıb. Bu, son onilliklərin ən böyük kampaniyasıdır.
Səhiyyə sisteminin nümayəndəsi Zahid Rayhanın sözlərinə görə, ümumilikdə 18 milyon uşağın peyvənd edilməsi planlaşdırılır.