IMG-LOGO

Bəqai: İranın nüvə proqramı məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil

23 Apr 2026 21:40 6 baxış
IMG

İranın nüvə proqramı məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil.

"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Bəqayi qeyd edib ki, əvvəlki danışıqlar raundlarında müzakirələr İranın nüvə proqramına yönəlmişdi, lakin hazırkı vəziyyətdə bu mümkün deyil.

Diplomat vurğulayıb ki, əsas mövzu münaqişəyə Tehranın maraqlarına cavab verən şəkildə son qoymaqdır.

Bəqai vurğulayıb ki, danışıqlar mövzuları da inkişaf edən vəziyyətdən asılı olaraq dəyişəcək:

"İran üçün sanksiyaların aradan qaldırılması, kompensasiya və təcavüzkarlıq məsələlərinin istənilən razılaşmaya daxil edilməsi vacibdir".

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endirilib. Əməliyyat Yaxın Şərqdə eskalasiyaya gətirib çıxarıb, Fars körfəzinin bütün ölkələri münaqişəyə cəlb olunub və bu, Hörmüz boğazının blokadasına səbəb olub.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə atəşkəs haqqında razılığa gəliblər, sonradan Tramp bunu qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişənin nizamlanması üzrə Pakistanda danışıqlar aparmağa cəhd ediblər, lakin 11-12 aprel tarixlərində dialoqun birinci raundu heç bir nəticəy verməyib.

Tehrana təzyiq olaraq, ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını bəyan edib. Öz növbəsində, İran isə artıq Fars körfəzi ölkələrinə istiqamətlənən gəmilər üçün Hörmüzün blokadaya alındığını bildirib. Regionda dinamik şəkildə dəyişən vəziyyət dünya enerji böhranına səbəb olub.

Xəbər lenti