IMG-LOGO

Şavkat Mirziyoyevə Türkiyə ilə hərbi əməkdaşlıq haqqında məlumat verilib

23 Apr 2026 23:11 7 baxış
IMG

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müdafiə naziri Şuxrat Xolmuhamedovun Türkiyə ilə hərbi əməkdaşlığın hazırkı vəziyyəti və möhkəmləndirilməsi perspektivlərinə dair məruzəsini dinləyib.

"Report" xəbər verir ki, Özbəkistan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Görüşdə Türkiyə Silahlı Qüvvələrinin nümayəndəsi də iştirak edib". – məlumatda bildirilib.

Müzakirə zamanı ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların icrası da daxil olmaqla, iki ölkənin müdafiə qurumları arasında gələcək qarşılıqlı fəaliyyətin əsas istiqamətləri nəzərdən keçirilib.

Hərbi-texniki əməkdaşlığın müsbət dinamikası qeyd edilib. Xüsusilə, qurumlararası əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi və hərbi mütəxəssislərin hazırlanması barədə danışılıb.

Görüşün yekununda tərəfdaşlığın ardıcıl şəkildə dərinləşdirilməsinə və müdafiə sahəsində praktiki qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinə dair qarşılıqlı maraq təsdiqlənib.

Xəbər lenti