IMG-LOGO

Gəncədə dəm qazından boğulub ölən və zəhərlənənlər var-YENİLƏNİB

23 Apr 2026 23:32 7 baxış
IMG
0 0

Gəncə şəhərində baş verən dəm qazından zəhərlənmə hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1958-ci il təvəllüdlü A. İsmayılov həyatını itirib. Zəhərlənənlərdən birinin isə 1985-ci il təvəllüdlü S. Əliyev olduğu bildirilir.

Qeyd edək ki, hadisə zamanı bir neçə nəfər dəm qazından zəhərlənib və onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

 

*** 23:05

Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, bir neçə nəfər dəm qazından zəhərlənib. Onlardan biri həyatını itirib, digərləri isə müxtəlif dərəcəli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Gəncə dəm qazı

Xəbər lenti