ABŞ-də Respublikaçı senator Stiv Deyns gələn həftə Çinə səfər edəcək ikipartiyalı Konqres nümayəndə heyətinə rəhbərlik edəcək.
"Report" xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, nümayəndə heyəti beş nəfərdən ibarət olacaq. Səfər mayın 1-də başlayacaq, Şanxay və Pekinə səfərləri əhatə edəcək.
Səfərin ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan gedişi ərəfəsində baş tutması planlaşdırılır. Onun 14-15 may tarixlərində Pekinə getməsi və orada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar aparması gözlənilir.