IMG-LOGO

Yunanıstanda güclü zəlzələ olub

24 Apr 2026 08:48 6 baxış
IMG

Yunanıstanın Krit adası sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

"Report"un Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar İerapetra şəhərindən 27 km cənub-şərqdə qeydə alınıb.

Zəlzələnin episentri 17 km dərinlikdə yerləşib.

İlkin məlumatlara görə, tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami xəbərdarlığı edilməyib.

Xəbər lenti