IMG-LOGO

Ağcabədidə ev yandı, ölən var

24 Apr 2026 09:25 5 baxış
IMG
0 0

Ağcabədidə 3 otaqlı ev yanıb, bir nəfər ölüb.

FHN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayonunun Yuxarı Qiyaməddinli kəndində ümumi sahəsi 200 m² olan üçotaqlı evin və evə bitişik, sahəsi 117 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Hadisələr yanğın

Xəbər lenti