Georgios Donis Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi təyin olunub.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyası məlumat yayıb.
56 yaşlı mütəxəssisin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Yunanıstanlı baş məşqçi bu postda Erve Renarı əvəzləyib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı seçməsi bu il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının H qrupunda İspaniya, Kabo-Verde və Uruqvay yığmaları ilə üz-üzə gələcək.