IMG-LOGO

Maka Boçorişvili: Gürcüstanın Avropaya inteqrasiya kursu tarixi seçimdir

24 Apr 2026 10:37 5 baxış
IMG

Gürcüstanın Avropaya inteqrasiya kursu dəyişməzdir və bu, tarixi seçimdir.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, bunu adıçəkilən ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Delfi İqtisadi Forumu çərçivəsində keçirilən "Genişlənmə yolu ilə qorunma: Üzvlüyün yeni sütunu kimi təhlükəsizlik" adlı sessiyadakı çıxışında deyib.

M.Boçorişvili çıxışında Gürcüstanın Avropaya inteqrasiya kursunun dəyişməz olduğunu bildirib: "Bu yol bizim kimliyimizin bir hissəsidir və tarixi seçimdir".

Nazir əlavə edib ki, Avropa İttifaqının (Aİ) genişlənməsi yalnız bürokratik proses kimi deyil, daha geniş geosiyasi kontekstdə dəyərləndirilməlidir və bu proses ümumi təhlükəsizliyin təmin olunmasına xidmət etməlidir.

O, həmçinin Gürcüstanın üzləşdiyi təhlükəsizlik çağırışlarına, o cümlədən işğal faktına diqqət çəkərək bildirib ki, çətin geosiyasi şəraitə baxmayaraq, ölkə sabitliyi qoruyub saxlaya və inkişafını davam etdirə bilib.

Xəbər lenti