IMG-LOGO

Azərbaycanda ailə başçısını itirməyə görə ötən ay 200 minə yaxın şəxs pensiya və müavinət alıb

24 Apr 2026 10:18 6 baxış
IMG

Bu ilin mart ayında Azərbaycanda ailə başçısını itirməyə görə 192 913 nəfər şəxsə pensiya və müavinət ödənilib.

"Report" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onların 136 996 nəfəri pensiya, 55 917 nəfəri isə müavinət alıb.

Xəbər lenti