İngiltərənin "Bornmut" klubu "Bayer 04"ün (Almaniya) yarımmüdafiəçisi Malik Tillmanı heyətinə qatmaqda maraqlıdır.
"Report" "TeamTalk" nəşrinə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 23 yaşlı amerikalı futbolçunun transferi üçün uyğun təklifləri dəyərləndirməyə hazırdır.
Oyunçunun müqaviləsindəki bəndə əsasən, onun transfer hüquqlarının satın alınması üçün sabiq klubu "Bavariya"ya 35 milyon avro ödənilməlidir. Yarımmüdafiəçi ilə həmçinin Premyer Liqanın digər təmsilçiləri "Fulhem" və "Brentford" klubları da maraqlanır.
Qeyd edək ki, M.Tillman 2025-ci ilin iyulundan "Bayer 04"də çıxış edir. Onun müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. Futbolçu 2025/2026 mövsümündə keçirdiyi 38 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı Malik Tillmanın dəyərini 30 milyon avro qiymətləndirir.