IMG-LOGO

Pentaqon bir ölkəni NATO-dan çıxarmaq, bəzilərini cəzalandırmaq istəyir

24 Apr 2026 10:56 9 baxış
IMG
2 0

Pentaqon ABŞ-ın NATO üzrə müttəfiqlərini, xüsusilə İranla müharibədə ABŞ qoşunlarını dəstəkləməyən ölkələri cəzalandırmaq istəyir.

Lent.az “Reuters”ə istinadla bildirir ki, bununla bağlı müzakirə variantlarına İspaniyanın alyansdakı üzvlüyünün dayandırılması və Böyük Britaniyanın Falkland adaları üzərində iddialarına münasibətin yenidən nəzərdən keçirilməsi daxildir.

Bu variantlar qurumun elektron məktubunda təqdim olunub. Məktubda bəzi müttəfiqlərin ABŞ-a İran üzərində uçuş, baza yerləşdirmə və digər imkanları vermək istəməməsindən narazılıq ifadə olunur. Eyni zamanda, Avropadakı bazaların bağlanması təklif edilmir.

“Reuters”in mənbəsinin sözlərinə görə, məktubda irəli sürülən variantlardan biri “problemli” ölkələrin NATO daxilində mühüm və ya nüfuzlu vəzifələrdən kənarlaşdırılmasını nəzərdə tutur.

Sənəddə qeyd olunan bu siyasət variantlarının məqsədi NATO müttəfiqlərinə aydın siqnal göndərmək və avropalıların “üstünlük hissini” azaltmaqdır.

Mart ayında İspaniyanın baş naziri Pedro Sançez Vaşinqtonun təzyiq və təhdidlərinə baxmayaraq, ABŞ-a Rota və Moron hərbi bazalarından istifadə etməyə icazə verməyib. Bu mövqe ABŞ ilə münasibətlərin kəskinləşməsinə səbəb olsa da, Avropa Komissiyası tərəfindən dəstək alıb.

Pentaqon ABŞ NATO

Xəbər lenti