IMG-LOGO

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

24 Apr 2026 13:43 4 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycan və İsrail arasında ticarət dövriyyəsinin dəyəri 15 milyon 30 min ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

Son 1 ildə Azərbaycanın İsrailə ixracının dəyəri 57,7 % azalaraq 5 milyon 72 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 2,7 dəfə artaraq 9 milyon 958 min ABŞ dolları olub.

Hesabat dövründə İsraillə ticarət ümumi dövriyyənin 0,1 %-i qədər olub. O cümlədən, İsrailə ixrac ümumi ixracın 0,1 %-ni, İsraildən idxal isə ümumi idxalın 0,2 %-ni təşkil edib.

Xəbər lenti