İspaniyanın Baş naziri Pedro Sançes Pentaqonun İspaniyaya qarşı İranla müharibəyə dair mövqeyinə görə mümkün tədbirlərin, o cümlədən ölkənin müvəqqəti olaraq NATO-dan uzaqlaşdırılması variantının nəzərdən keçirildiyi iddia edilən daxili məktubu barədə xəbərləri şərh edib.
"Report" xəbər verir ki, bu barədə Sançes cümə günü Nikosiyada (Kipr) jurnalistlərə bildirib.
Sançes vurğulayıb ki, İspaniyanın mövqeyi sızmalara və ya daxili yazışmalara deyil, rəsmi sənədlərə əsaslanır.
"Biz elektron məktublarla işləmirik - biz, hazırkı halda ABŞ hökumətinin formalaşdırdığı rəsmi sənədlər və mövqelərlə işləyirik", - Baş nazir bildirib.
O əlavə edib ki, Madridin mövqeyi NATO və ya müttəfiqlərlə əlaqələrin kəsilməsi demək deyil.
"Madrid NATO-ya sadiqliyini qoruyur, lakin bu sadiqliyin avtomatik olaraq İspaniya hökumətinin beynəlxalq qanunilik çərçivəsindən kənar hesab etdiyi hərbi əməliyyatlara dəstək demək olması kimi şərhi rədd edir", - o deyib.
Daha əvvəl qeyd olunub ki, Vaşinqton İspaniyanın NATO-ya iştirakdan müvəqqəti kənarlaşdırılması ehtimalını araşdırır. Bildirilib ki, Pentaqonun daxili elektron yazışmalarına, İranla qarşıdurma zamanı ABŞ əməliyyatlarına köməklərini qeyri-qənaətbəxş hesab etdikləri təqdirdə, ABŞ-nin blok üzrə tərəfdaşlarına qarşı tətbiq etməyə hazır olduğu tədbirlərin siyahısı daxildir.