IMG-LOGO

Naftalanda küləyin sürəti 28 m/s-dək güclənir - FAKTİKİ HAVA - YENİLƏNİB

24 Apr 2026 16:31 6 baxış
IMG

Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti davam edir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 16:00-a olan məlumatında qeyd edilib.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Tərtər, Bərdədə 22, Mingəçevir, Gəncə, Ağstafada 20, Lerikdə 19, Ağdamda 18, Yardımlı, Şəki, Xızıda 15 m/s-dək güclənir.

21 aprel, 10:06

Azərbaycan ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 21-i saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçında 2, Qrız, Xınalıq, Qusar (Laza), Zaqatalada (Əlibəy) 1 sm-dir.

Düşən yağıntının miqdarı Oğuzda 59, Şəkidə 54, Qaxda (Sarıbaş) 43, Qəbələdə 36, Şamaxı, Mingəçevirdə 29, Zaqatalada 24, Göyçay, Balakəndə 22, Tərtərdə 21, Goranboy, Yevlaxda 20, Naftalanda 19, Göygöldə 18, Hacıqabul, Qobustanda 16, Lerikdə 14, Şəmkir, Xızıda 13, Xaltan, Bərdədə 12, Kürdəmir, Gədəbəy, Gəncə, Şahbuzda 11, Daşkəsən, Yardımlıda 10, Sədərəkdə 9, Zərdabda 8, Sabirabad, Lənkəran, Ağdamda 7, Bakıda və Abşeron yarımadasında 6, Astara, İmişli, Qusarda 4, Naxçıvan, Ordubad, Tovuz, Biləsuvar, Beyləqan, Şirvan, Qubada 3, Şabranda 2, Neftçala, Cəbrayıl, Culfa, Xaçmaz, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Xəbər lenti