Ləğv prosesində olan "Atasığorta" ASC kreditorlarına müraciət edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsi̇mi̇ rayonu, Şəmsi̇ Bədəlbəyli̇ küçəsi, 102 ünvanına bildirə bilərlər.
Azərbaycan Mərkəzi Bankı "Atasığorta"nın lisenziyasını bu il aprelin 17-də ləğv edib.