IMG-LOGO

Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

24 Apr 2026 17:21 5 baxış
IMG

Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib.

Bu barədə "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata əsasən, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində keçirilən qəbulda səhmdar cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb. Həmçinin qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Bildirilib ki, "Azərişıq" ölkənin bütün regionlarında vətəndaşlar, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil edir, onların təklif və tövsiyələri dinləyir. Bu cür görüşlərin keçirilməsində məqsəd maarifləndirici məlumatların verilməsi ilə yanaşı, abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, mövcud problemlərin həll edilməsi və elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.

Xəbər lenti