IMG-LOGO

Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir

25 Apr 2026 01:21 4 baxış
IMG

Ağ Ev administrasiyası Cənubi Qafqaz regionunda davamlı sabitliyə töhfə verir.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın "ermənilərin anım günü" münasibətilə Ağ Evin saytında yerləşdirilmiş bəyanatında deyilir.

"Administrasiyam strateji tərəfdaşlığı möhkəmləndirir, erməni xalqına mühüm imkanlar təqdim edir və Cənubi Qafqaz regionunda davamlı sabitliyə töhfə verir", – bəyanatda vurğulanıb.

Qeyd edək ki, Amerika liderinin bəyanatında "soyqırımı" ifadəsi işlədilməyib.

Xəbər lenti