IMG-LOGO

Tramp: Vaşinqton qəbul zamanı atəş açan şəxsin bir neçə silahı olub

26 Apr 2026 07:10 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının "Washington Hilton" hotelində keçirilən qəbulunda atəş açan şəxsin bir neçə silah daşıdığını bildirib.

"Report"un məlumatına görə, o, bu açıqlamanı hadisədən sonra keçirilən mətbuat konfransında verib.

"Kişi təhlükəsizlik məntəqəsinə bir neçə silahla hücum edib və ABŞ-nin Məxfi Xidmətinin cəsur üzvləri tərəfindən tutulub, onlar çox cəld hərəkət ediblər", - Tramp bildirib.

Onun sözlərinə görə, Məxfi Xidmətin zabitlərindən biri odlu silahdan açılqan atəşlə xəsarət alıb, lakin onun zirehli geyimi ağır xəsarətlərin qarşısını alıb.

"O, çox yaxın məsafədən çox güclü silahla vurulub, lakin zirehli geyimi işə yarayıb. Mən zabitlə danışdım və o, özünü yaxşı hiss edir", - ABŞ lideri qeyd edib.

Tramp həmçinin əlavə edib ki, ilkin məlumata görə, atəş açan şəxs çox güman ki, təkbaşına hərəkət edib və istintaq bunu təsdiqləməlidir.

Xəbər lenti