IMG-LOGO

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək

26 Apr 2026 10:04 3 baxış
IMG

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin daha bir oyunu bu gün keçiriləcək.

"Report"un məlumatına görə, "Neftçi" "Abşeron Lions"la üz-üzə gələcək.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 14:00-da start götürəcək.

İlk görüşdə "Abşeron Lions" qələbə qazanıb - 95:89.

Yarımfinalda iki qalibiyyətə çatan kollektiv finala yüksələcək. Bu duelin güclüsü finalda "Sabah"a rəqib olacaq.

Xəbər lenti