Hindistanın Yeni Dehli şəhərindəki İndira Qandi Beynəlxalq Hava Limanında "Swiss Airlines" təyyarəsindən təcili təxliyə zamanı altı sərnişin xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Hindistan paytaxtındakı İndira Qandi Beynəlxalq Hava Limanında baş verib.
"Times of India" qəzetinin məlumatına görə, "Airbus A330" təyyarəsində 232 nəfər olub. Uçuş zamanı təyyarənin mühərrikində nasazlıq yaranıb və nəticədə mühərrik alovlanıb.
Ekipaj uçuşu dayandırmaq və uçuş-enmə zolağında sərnişinlərin təcili təxliyəsini həyata keçirmək qərarına gəlib. Aviaşirkət hadisənin səbəbini araşdıracağını bildirib.