IMG-LOGO

Çernobıl faciəsi şahidinin 40 il sonrakı ETİRAFI

26 Apr 2026 10:29 3 baxış
IMG
0 0

Çernobıl fəlakətindən sonra təmizlik işlərində çalışan Petro Hurin, 40 ildən sonra belə, hələ də radiasiyanın təsirini yaşadığını söyləib.

"Çernobıl işçilərindən heç biri sağlam deyil", - Hurin bildirib və əlavə edib ki, o, müharibədə nəvəsini də itirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dünyanın ən böyük nüvə fəlakətlərindən biri hesab edilən Çernobıl fəlakətindən sonra təmizlik işlərinə kömək etmək üçün göndərilən Petro Hurin, 40 il sonra da yaşadığı yaraların izlərini daşıyır.

76 yaşlı Hurin deyib: "Çernobıl işçilərindən heç biri sağlam deyil. Bu, minlərlə kəsiklə ölüm kimidir”. 

Çernobıl fəlakəti 1986-cı il aprelin 26-da Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli reaktorunda baş verib və atmosferə buraxılan radioaktiv materiallar Avropanın böyük bir hissəsinə təsir edib.

Partlayışdan sonra elektrik stansiyasının ətrafındakı ərazini təmizləmək və radiasiyanın qarşısını almaq üçün yüz minlərlə insan səfərbər edilib. 

"Ləğvedicilər" kimi tanınan qrupun üzvü olan Hurin izah edib ki, 1986-cı ilin iyun ayında işlədiyi şirkət tərəfindən bölgəyə göndərilib.

“Reuters” agentliyinə danışan Hurin bildirib ki, onun şirkəti tərəfindən göndərilən 40 nəfərdən yalnız 5-i bu gün sağdır.

“Toz dözülməz idi”

O vaxt ekskavator işlədən Hurin bildirib ki, qurğuşun qarışığı olan quru beton yük maşınlarına yüklənərək reaktorun ətrafına daşınıb.

İş şəraitini təsvir edən Hurin deyib: "Toz dözülməz idi. Yarım saat maska ilə işlədikdən sonra rəngi qəhvəyiyə çevrilirdi". 

O, ərazidə cəmi dörd gün işlədikdən sonra şiddətli baş ağrıları, sinə ağrısı, qanaxma və boğazında metal dadı hiss etdiyini və ikinci növbədən sonra yeriyə bilmədiyini bildirib.

Hurin iddia edir ki, xəstəxanaya aparılanda həkimlər qan analizi etmək istəyiblər, amma qan əvəzinə barmaqlarından solğun maye çıxıb.

Radiasiya diaqnozu qoyulmayıb

Sovet dövründə hakimiyyət orqanlarının faciənin miqyasını gizlətməyə çalışdığını iddia edən Hurin, həkimlərin ona şüa xəstəliyi diaqnozu qoymadığını, əksinə, ona "vegetativ-damar distoniyası" adlanan sinir sistemi xəstəliyi diaqnozu qoyulduğunu bildirib.

Hurin izah edib ki, fəlakətdən əvvəl heç vaxt xəstəlik məzuniyyəti almayıb və sonradan aylarla xəstəxanalarda müalicə və qan köçürmələri alıb. O qeyd edib ki, illər ərzində ona anemiya, angina, pankreatit və müxtəlif xroniki xəstəliklər diaqnozu qoyulub.

Müharibədə nəvəsini itirib

Ukraynanın Çerkassı bölgəsində həyat yoldaşı Olha ilə təqaüd həyatını yaşayan Hurin, Rusiya-Ukrayna müharibəsi başlayanda ikinci böyük faciəsini yaşayıb.

Dörd yaşından böyütdüyü nəvəsi Andrii Vorobkalo, Rusiyanın 2022-ci ildə Ukraynaya hücum etməsindən və cəbhə xəttində həyatını itirməsindən sonra Yunanıstandakı işini tərk edərək ölkəsinə qayıdıb. 

Nəvəsi üçün ucaldılmış abidə qarşısında “Reuters” agentliyinə danışan Hurin deyib: “O, Ukraynanı müdafiə etmək üçün hər şeyini atıb gəldi. Biz onu hər zaman düşünürük”.  

Cernobıl Atom Elektrik Stansiyası partlayış

Xəbər lenti