IMG-LOGO

"Abşeron Lions"un basketbolçusu Ceyms Freyzer final seriyasını buraxa bilər

26 Apr 2026 16:40 5 baxış
IMG

"Abşeron Lions"un basketbolçusu Ceyms Freyzer "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Basketbol Liqasının final seriyasını buraxa bilər.

Bu barədə "Report"a klubdan məlumat verilib.

Bildirilib ki, oyunçunun zədəsinim ciddiliyi həkimlərin müayinəsindən sonra bəlli olacaq:

"Basketbolçunun sağ əlində şiş, sağ ayağında da ağrıları var. Özü final seriyasında oynamaq istəsə də, yekun rəyi həkimlər verəcək".

Xatırladaq ki, "Sabah" yarımfinalda "Gəncə"ni, "Abşeron Lions" "Neftçi"ni məğlub edərək finala yüksəlib.

Xəbər lenti