IMG-LOGO

London Marafonunda dünya rekordu yenilənib

26 Apr 2026 16:29 6 baxış
IMG

Keniyalı qaçışçı Sebastiyan Save London Marafonunun qalibi olaraq dünya rekordunu yeniləyib.

"Report"un məlumatına görə, o, 42.195 km məsafəni iki saatdan az müddətdə (1 saat 59 dəqiqə və 30 saniyə) qət edib.

Efiopiyalı Yomif Kijelça ikinci yeri tutub (1:59.41), 2020-ci il Olimpiya medalçısı və Uqanda marafonçusu Ceykob Kiplimo isə ilk üçlüyü tamamlayıb.

Əvvəlki dünya rekordu 2023-cü ilin oktyabr ayında, digər bir keniyalı marafonçu Kelvin Kiptum Çikaqo Marafonunu 2 saat 35 saniyəyə başa vurduqda qeydə alınıb.

Xəbər lenti