IMG-LOGO

Fransa Yaxın Şərqdə diplomatik yanaşmanın davam etdirilməsini dəstəkləyir

26 Apr 2026 19:44 4 baxış
IMG

Fransa Yaxın Şərqdə diplomatik yanaşmanın davam etdirilməsini dəstəkləyir və ABŞ ilə İran arasında aparılan danışıqlarla bölgədə sülhün bərqərar olacağına ümid edir.

"Report" xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında vurğulayıb.

"Fransanın xarici işlər naziri ölkəsinin diplomatik yanaşmanın davam etdirilməsini dəstəkləyən mövqeyini vurğulayaraq aparılan danışıqlarla bölgədə sülhün bərpasına şahidi olacaqlarına ümid etdiyini bildirib", - A. Əraqçinin "Telegram" kanalında telefon danışığının təfərrüatı barədə bildirilib.

Əlavə edilib ki, Əraqçi fransalı həmkarını atəşkəslə bağlı son vəziyyət və proseslər, eləcə də müharibəni sona çatdırmaq üçün diplomatik səylər barədə məlumatlandırıb və Avropa ölkələrinin bu prosesdə konstruktiv rol oynamasının vacibliyini vurğulayıb.

"İran və Fransa xarici işlər nazirləri ikitərəfli, eləcə də digər regional tərəflərlə məsləhətləşmələrin davam etdirilməsini vurğulayıblar", - məlumatda qeyd olunub.

Xəbər lenti