IMG-LOGO

Şəkidə elektrik cərəyanı vuran 40 yaşlı kişi ölüb

26 Apr 2026 22:51 3 baxış
IMG

Şəkidə 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Təpəcənnət kəndində baş verib.

Belə ki, Cəfərabad kənd sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Makarovu elektrik cərəyanı vurub. O, hadisə yerində həyatını itirib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti