IMG-LOGO

Gənclərin 30 faizi unutqanlıqdan əziyyət çəkir

27 Apr 2026 07:30 4 baxış
IMG
1 0

"25-35 yaş arası insanların 30 faizə qədəri mütəmadi olaraq unutqanlıq və diqqətin zəifləməsi ilə üzləşir".

Lent.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyada Yusupov Xəstəxanasının nevroloqu və psixiatrı Polina Vaxromeyeva bildirib.

Həkimin sözlərinə görə, gənclərdə yaddaş problemlərinin əsas səbəbi diqqətin pozulmasıdır. Bu vəziyyət hiss olunmadan yaranır, lakin gündəlik amillərin təsiri ilə getdikcə güclənir. Müasir həyatda çoxşaxəli rejimdə yaşamaq, yuxusuzluq və istirahət çatışmazlığı sinir sisteminin daimi yüklənməsinə səbəb olur. Nəticədə informasiya ilə həddindən artıq yüklənmiş beyin yeni məlumatları mənimsəmək qabiliyyətini itirir və insan daha tez-tez nəyisə unutduğunu, detalları qarışdırdığını hiss edir.

Bundan əlavə, yaddaş problemləri xroniki sinir gərginliyi və emosional yorğunluq nəticəsində də yarana bilər. Bu zaman kortizol səviyyəsi artır. Bu hormon yaddaşa cavabdeh olan hippokamp sahəsinə mənfi təsir göstərir.

Həkim qeyd edib ki, yaddaşın zəifləməsinə səbəb olan digər amillər bunlardır: siqaret çəkmək, spirtli içkilərdən müntəzəm istifadə və düzgün qidalanmamaq.

O, həmçinin vurğulayıb ki, B qrupu vitaminlərinin, D vitamininin, dəmirin, yodun, sinkin və digər mikroelementlərin çatışmazlığı beyin fəaliyyətini zəiflədə bilər. Məsələn, B12 vitamini çatışmazlığı birbaşa yaddaş pozuntuları ilə əlaqəlidir.

gənclər unutqanlıq

Xəbər lenti