IMG-LOGO

Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb

27 Apr 2026 09:16 3 baxış
IMG

Bakıda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.

"Report" xəbər verir ki, Abaszadə Murad Müslüm oğlu idarə etdiyi avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsi ilə hərəkətdə olan zaman yolu keçən piyada - 2010-cu il təvəllüdlü Əliyev Emil Kamil oğlunu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti